"Neftçi" Darionu əvəzedicilərə göndərdi

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda bu gün məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.

Təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right