"Komandanı istədiyimdən də yaxşı gördüm" - Ayxan Abbasov

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində bu gün Macarıstanın “Kapoşvar” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 3:4 hesablı məğlubiyyəti belə şərh edib: "Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right