Azərbaycan üçün olimpiada erkən başa çatdı

Yanvarın 9-da İsveçrənin Lozanna şəhərində start götürən yeniyetmələrin III Qış Olimpiya Oyunları Azərbaycan erkən üçün başa çatıb.

Newsport.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Yekaterina Ryabova yarışda uğursuz çıxış edib.

16 yaşlı rusiyalı idmançımız sərbəst yarışda 169.37 xal qazanmaqla yalnız səkkizinci yeri tuta bilib.

Ryabova yanvarın 11-də qısa proqramda 59.30 xalla doqquzuncu olmuşdu. Olimpiadaya yanvarın 22-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right