"Keşlə" üçün əlindən gələni edəcək"

"Yanvarın 5-də Bakıda toplaşdıq, əsasən fiziki məşqlərə üstünlük verdik və artıq iki gündür ki, məşqlərimizi Antalyada davam etdiririk".

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə"nin kapitanı Slavik Alxasov klubun rəsmi saytına açıqlamasında deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən müdafiəçi Premyer Liqadakı uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib:

"Komandamızın hər bir futbolçusu baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışır. İnanırıq ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik".

Alxasov qış fasiləsində heyətlə bağlı ciddi dəyişikliyin olmamasına sevinir: "Əlbəttə, sevindirici haldır ki, qışda heyətdə köklü dəyişikliklər olmadı. Yalnız 1 futbolçu - Şohruh Qadoyev transfer olundu. O da olduqca istəkli şəkildə komandaya qoşulub və "Keşlə" üçün əlindən gələni edəcək".

Futbolçu ötən mövsümdəki uğursuzluğu da xatırlayıb: "Ötən il bizim üçün çox uğursuz alındı, lakin biz həmin mövsümü unutmuşuq. Futbolçular, məşqçi heyəti və rəhbərlik bir ailə olaraq qoyulan məqsədə doğru inamla gedir".

Slavik əsas məqsədlərinin Avroliqaya düşmək olduğunu vurğulayıb: "Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk 3-lükdə qərarlaşmaq idi və bunu da bacardıq. Hədəfimiz Avroliqaya çıxmaqdır. Artıq birinci dövrəni unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış "transfer pəncərəsi" zamanı rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right