Legioneri "Neftçi" ilə vidalaşdı

Dünən "Neftçi" ilə yollarını ayıran Kirill Petrov "ağ-qaralar"la vidalaşıb. Newsport.az xəbər verir ki, ukraynalı müdafiəçi şəxsi "instagram" hesabında ona dəstək olanlara, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:

"Uşaqlar, bu 3 ilə görə sağ olun. Bu müddətdə mənə kömək edib, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Ayaqlarımı etibarlı və sağlam saxladıqları üçün bütün tibb işçilərinə xüsusi təşəkkürümü bildirirəm. Komanda yoldaşlarıma videodakı kimi deyəcəm, onlar özləri mənim nədən danışdığımı başa düşəcəklər. Qardaşlar, sabahınız xeyir, sizə hər şeyin ən yaxşısını, möhkəm can sağlığı arzulayıram. Həmişə belə qalın. Sizinlə eyni komandada oynamaq gözəl idi.

Və təbii ki, azarkeşlər haqda danışmasam, olmaz. Dəstəyə görə sizə çox sağ ol deyirəm. Arzu edirəm ki, "Forza Neftçi" ildən-ilə daha da inkişaf etsin. Haqqımda yazdığınız xoş sözləri oxumaq sevindiricidir. Şadam ki, sizdə özüm haqda xoş təəssüratlar oyada bildim. Ümumiyyətlə, çox yazmaq olar. Amma mən "əlvida" yox, "tezliklə görüşənədək" deyirəm. Hamınızı qucaqladım".

Petrov karyerasını Ukraynanın "Kolos" klubunda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right