Qriqorçuku millinin baş məşqçisi əvəzlədi

"Astana"nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın Qazaxıstan klubunun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun istefaya göndərilməsindən sonra bu vəzifəyə Qazaxıstan millisinin çexiyalı baş məşqçisi Mixal Bilek təyin edilib. O, yığmadakı işinə də davam edəcəyini bildirib.
 
Qeyd edək ki, 54 yaşlı mütəxəssis ötən ildən Qazaxıstan millisini çalışdırır.

Xatırladaq ki, "Astana" dünən "Qəbələ"nin sabiq baş məşqçisi R.Qriqorçukla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right