Amerikalı baş məşqçi futbolçumuz haqda nə dedi?

"Rüfətin boyu, gücü və dəqiqliyi "Feniks Rizinq" üçün çox faydalı olacaq".

Newsport.az xəbər verir ki, bu sözləri bu gün millimizin hücumçusu Rüfət Dadaşovu heyətinə qatan "Fenik Rizinq" komandasının baş məşqçisi Rik Şants deyib. Klubun rəsmi saytına danışan amerikalı mütəxəssis həmyerlimizin keçidinə münasibət bildirib:

"Onun ön xətdə top saxlamaq bacarığı vinger və hücumaeylli yarımmüdafiəçilərimizə boş sahələrə açılmağa və sürətli hücumlar qurmağımıza imkan yaradacaq. Rüfət Almaniyada yaxşı liqada oynayıb. Bizim çempionata da tez uyğunlaşacağını gözləyirəm".

III bundesliqa təmsilçisi "Proyssen"dən ayrılan Rüfət "Feniks" klubu ilə 1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right