ABŞ klubu Dadaşovun transferini açıqladı

Almaniyanın III Bundesliqa təmsilçisi "Proysen"dən ayrılan Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ-ın "Feniks Rizinq" klubuna transfer olub.

 

Newsport.az klubuna saytına istinadən xəbər verir ki, II Liqa təmsilçisi 28 yaşlı hücumçunu yeni mövsüm üçün sifariş edib. Dadaşov transferi ilə bağlı klubun saytına danışıb:

 

"2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu Amerikada futbolu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks Rizinq" oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right