"Qəbələ"nin ilk oyununun saatı açıqlandı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah toplanış çərçivəsində ilk oyununu keçirəcək.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Budapeşt təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Komandalar ötən qışda da yoxlama oyununda üz-üzə gəlib. Antalyada keçirilən həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb. Rəqiblər UEFA Avropa Liqasının 2016-2017-ci illər mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb - 2:1, 2:0.

132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right