"Qarabağ"dan maraqlı paylaşım Foto

İngiltərənin "Bornmut" klubu mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə İtaliyanın "Milan" klubuna icarəyə verib.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib: 

 

"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"

 

Media xidmətinin təşəkkür mesajına klubun sadiq azarkeşləri də qoşulub. Onlar 32 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıblar.

 

Beqoviç "Qarabağ"da 17 oyun keçirib. O, "Milan"la mövsümün sonuna qədər müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right