Azərbaycanlı futbolçunu BƏƏ-yə apardılar

Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Spartak” təlim-məşq toplanışı üçü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb.

Newsport.az xəbər verir ki, Mosvka təmsilçi qış hazırlıq planının ilk mərhələsini Əbu-Dabidə keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. BƏƏ-nin paytaxtında keçiriləcək təlim-məşq toplanışı yanvarın 24-nə qədər davam edəcək.

“Spartak”ın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışına 26 futbolçu dəvət edib. Toplanışda iştirak edən futbolçular arasında azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də yer alıb.

Moskva klubundan ayrılacağı gözlənilən Ayaz bu mövsüm Rusiya Premyer Liqasında 11 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right