"O, çox pis yerdən vurdu" - Təmkin Xəlilzadə

“Sabah”ın futbolçusu Təmkin Xəlilzadə Antalya toplanışında Macarıstanın “Pakş” klubuna qarşı yoxlama oyunundan (0:2) sonra “FutbolPress”İn suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- 3 gtündü gəlmişik. Proqram üzrə məşq edirik. Hər şey yaxşıdı. 3 həftə vaxtımız qalıb, çempionata hazırlaşırıq. İlk oyun idi. Toplanışda yoxlama oyunları ağır keçir. Ancaq pis mübarizə aparmadıq. Topa nəzarət edən tərəf idik. Yoldaşlıq oyunu olduğu üçün baş məşqçimiz gənclərə də şans verdi. Əvəzetmələrdən sonra oyunumuz o qədər də alınmadı. Düşünürəm ki, vaxt keçdikcə daha hazırlıqlı olacağıq.

- Yoxlama oyunu olmasına baxmayaraq, rəqib çox aqressiv idi. Sən də bir-iki epizodda əsəbləşmişdin...
- Öyrəşmişik buna. Mübarizələrdə rəqibin sərt oyunu olur. Bu dəfə pis yerdən vurdu rəqib oyunçu, bərk ağrıtdı. Sadəcə, durdum əl verdim və mübarizəyə davam etdik. Oyundu, xarici komandalara qarşı belə şeyləri çox yaşamışıq.

- İkinci hissədə 7 limit oyunçusu var idi meydanda. Təcrübəli futbolçu kimi fikirlərin maraqlıdı...
- Əvvəlcə onu deyim ki, bu, çox sevindirici haldı. Özüm də “Qarabağ”da oynayan zaman 2-3 dəqiqə də olsa, meydana çıxmağı gözləyirdim. Bu, gənc oyunçular üçün böyük şeydi. Toplanış onlar üçün karyeranın başlanğıcı olmalıdı. Məşqiyə özlərini yaxşı tərəfdən göstərməyə çalışmalıdılar. Ümumi götürdükdə, içi mən qarışıq hamı öz üzərində çox işləməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right