Jelko sopiç: "Mən elə məşqçiyəm ki..."

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Antalya toplanışında Macarıstanın “Pakş” klubuna qarşı yoxlama oyunundan (0:2) sonra “FutbolPress”İn suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

-  Yaxşı çıxış etdik. 50-60 dəqiqə oyuna nəzarət etdik. Mən elə məşqçiyəm ki, toplanışa apardığım bütün futbolçulara şans verirəm. 60-cı dəqiqədən sonra 7 gənc futbolçunu meydana buraxdıq. Bu da normaldı ki, təcrübəsiz oyunçular oyuna çıxdıqdan sonra bir qədər istədiyimiz kimi çıxış etmədik.

- Bu həm sizin yanaşmanızdı. Eyni zamanda klubun gənc futbolçularla bağlı mövqeyi də belədi...
- Bir futbolçu bütün toplanış boyu oynaya bilməz. Mən elə məşqçiyəm ki, gətirdiyim bütün futbolçulara şans verirəm. İstəyir gənc olsun, istəyir yaşlı – hamıya oynamaq imkanı yaradıram.

- İkinci hissədə qapıçını dəyişdiz. Gənc qolkiper Rüstəm Samiqqulin necə təsir bağışladı?
- Onun çıxışı yüksək səviyyədə idi. Oyunundan razıyam. Üzərində çox çalışırdı, şansa layiq idi və ona oynamaq imkanı yaratdıq. Mən qapıçılar üzrə məşqçi deyiləm, ancaq onun oyununu bəyəndim.

- Toplanış necə keçir? Hər şey planlaşdırılan kimidi?
- Hər şey yaxşıdı. Həm otel, həm məşq meydançaları ürəyimizdədi. Hava şəraitinin bu cür davam etməsini istəyirəm. Belədə, hər şey çox yaxşı olacaq.

- Yeni transferlər olacaqmı?
- Bəli. Bunun üçün çalışacağıq. Yeni oyunçuların gəlişi nə qədər mümkün olmasından asılıdı. Yaxın gələcəklə bağlı fikirləşdiklərim var, ancaq bunları indi açıqlamayacam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right