Dario Frederiko "Neftçi"dən ayrılır

"Neftçi" braziliyalı futbolçusu Dario Frederiko Juniorla yolları ayırmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçu komandanın Antalya toplanışına aparılmayıb. Bakıda qalan futbolçu özünə yeni klub axtarır.

Dario bu mövsüm 21 oyuna 4 qol vurub. O, ötən qış qalmaqallı şəkildə "Neftçi"dən Cənubi Koreyanın "Daequ" klubuna keçmişdi. Braziliyalı ötən yay yenidən "ağ-qaralar"a dönmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right