"Zirə"də 4 yeni əcnəbi futbolçu

"Zirə"də 4 futbolçu baxışdadır.

Newsport.az-ın məlumatına görə, müdafiəçilər - Ali Sisayla Yovan Krneta və yarımmüdafiəçi Castin Jozef komandada baxışdan keçir.

Ali Sisay "Arsenal" və "Lester Siti"nin akademiyalarında futbolun sirrlərini öyrənib. 25 yaşlı müdafiəçinin son klubu Bolqarıstan təmsilçisi "Arda"dır.

Yovan Krneta isə 2015-2018-ci illərdə "Zirə"də çıxış edib. 27 yaşlı serbiyalı müdafiəçi Yunanıstanın "Levadiakos" klubundan ayrılıb.

18 yaşlı seneqallı Castin Jozef isə dayaq yarımmüdafiəçisidir.

Bundan əlavə moldovalı müdafiəçi Artyom Rozqonyuk da "qartallar"da baxışdadır. 24 yaşlı futbolçu Moldova millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right