I Divizionda ikinci dövrənin hazırlıqlarına start verən “Kəpəz”in əsas komandasının futbolçuları tibbi müayinə olunublar.
Newsport.az-ın məlumatına görə, komanda üzvləri şəhərdə özəl klinikaların birində sağlamlıq vəziyyətlərini yoxlatdırmaq üçün müvafiq prosedurdan keçiblər.
“Kəpəz”in futbolçuları, məşqçilər korpusu və texniki heyəti yanvarın 7-də Gəncə şəhər stadionunda təlim-məşq toplanışı üçün bir araya gəlib. “Sarı-göylər” çempionatın ikinci dövrəsinə hazırlığı arenanın yeni istifadəyə verilən süni örtüklü meydançasında davam etdirir.