"Alanyaspor"un futbolçusu Azərbaycan yığmasına çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha bir yeni futbolçu dəvət edilib. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkədə çıxış edən Muhammet Mustafa Yıldırıma AFFA-dan dəvət gəlib.
 
Superliqa təmsilçisi "Alanyaspor"un U-19 komandasında çıxış edən hücumçu həmin yaş qrupu üzrə yığmamızın növbəti təlim-məşq toplanışına çağırılıb. 18 yaşlı forvard yanvarın 18-dən 28-dək Antalyada baş tutacaq toplanışda iştirak edəcək.
 
Qeyd edək ki, U-19 millimiz bu ilin oktyabrında Avropa çempionatının 2020-21 mövsümünün seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə qarşılaşacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right