17 yaşlı futbolçumuz Ukrayna klubuna dəvət olundu

Ukrayna birinci liqasında yarışan “Rux” klubu qapıçı Cavid Qurbanova dəvət ünvanlayıb.
 
Newsport.az-ın xəbərinə görə, bununla bağlı rəsmi məktub futbolçunun klubu “Kəpəz”ə göndərilib. Klubun prezidenti Qriqori Kozlovkskinin adından ünvanlanan məktubda 17 yaşlı Cavid yanvarın 15-dən klubla ilkin tanışlıq və bəzi məşqlərdə iştirak üçün iki həftəliyə Lvova dəvət olunub.
 
Məktubda “Kəpəz” klubundan futbolçunun “Rux”un düşərgəsinə getməsinə icazə verməsi və mümkün transfer şərtləri ilə bağlı danışıqlara başlaması xahiş olunub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right