Millimizin futbolçusunun bərbəri erməni imiş...

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyadakı bərbəri ermənidi. Newsport.az xəbər verir ki, bu barədə blick.de saytı məlumat yayıb.

Bildirilir ki, "Aue" klubunun yarımmüdafiəçisi həmin şəhərdə biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Bunu bərbər özü də açıqlamasında söyəyib. O bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gündən sonra ilk məşhur qonağını - "Aue"nin oyunçusu Dmitri Nazarovu qarşılayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right