Prosineçki bu qadına görə Azərbayacan millisinə gəlmədi Foto

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Super Liqa klubunu seçməsinin səbəbini açıqlayıb:

 

"Burada olmağımın ən böyük səbəbi prezident Berna Gözbaşıdır. İlk dəfə qadın klub prezidenti ilə çalışacam. Çox hirsli olduğunu və düzgün işlər gördüyünü gördüm. Özünü göstərdi və mən də buna görə "Kayserispor"a gəlməyə qərar verdim. Futbolu sevən insanlarla bu komandanı liqada saxlamağa çalışacağıq. Prezident Berna Gözbaşı ilə bərabər böyük işlər görəcəyik".

 

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub. Təcrübəli çalışdırıcının Nikola Yurçeviçin gedişindən sonra Azərbaycan yığmasına qayıdacağı gözlənilsə də, o, fərqli seçim etməyə qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right