"Qəbələ"nin sabiq legioneri yüksək liqanı II Diviziona dəyişdi

"Qəbələ"nin polşalı sabiq qapıçısı David Pietrzkieviç klubunu dəyişib. Newsport.az xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını Vətənində II liqada davam etdirəcək. 

Bu, Stalyova-Volyanı təmsil edən, 18 komanda arasında 15-ci pillədə gedən "Stal"dı. David yeni ilin yeni çağırış demək olduğunu açıqlayaraq, əvvəlki klubu "Rakuv"a minnətdarlıq edib. O, Polşanın yüksək liqa təmsilçisi olan bu kluba ötən ilin oktyabrın 18-da sərbəst futbolçu kimi keçərək cəmi 2-3 ay sonra ayrılıb.

Xatırladaq ki, Pietrzkieviç ölkəmizdə 2 klubda çıxış edib. O, "Qəbələ"yədək digər əyalət təmsilçisi - Zaqatalanın "Simurq" klubunda forma geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right