"Tobol" Emil Balayevi Türkiyəyə göndərdi prezident təsdiqlədi

"Komanda Birləşmiş Ərəb Əmirliklərindəki toplanışa başlayıb. İlk günlər funksional hazırlıq nəzərdən keçirildi. Tezliklə komanda iş ritminə girəcək". Newsport.az saytının məlumatına görə, bunu "Tobol"un prezidenti Nikolay Panin deyib.

Kostanay təmsilçisinin rəhbəri klubun rəsmi saytına açıqlamasında təlim-məşq toplanışının ilk günlərini dəyərləndirib. Panin hələ tam heyətlə hazırlıq keçmədiklərini söyləyib.

O, komandadan gedəcəyi deyilən Azərbaycan millisinin qapıçısı Emil Balayevin durumuna da aydınlıq gətirib. Klub prezidenti Emilin artıq Türkiyəyə yola salındığını söyləyib: "Emil Balayev də kollektivlə birlikdə Dubaya uçmuşdu. Ancaq onun Türkiyədə reabilitasiya keçməsi planlaşdırılıb. Balayev artıq ora yollanıb və toplanışın bir hissəsini Türkiyədə keçirəcək, fərdi praqrama əsasən çalışacaq".

Qeyd edək ki, "Tobol"da baş məşqçi postuna Qriqori Babayanın gətirilməsindən sonra Emil Balayevin Qazaxıstan təmsilçisini tərk edəcəyi iddiaları ortaya atılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right