"Sabah" Antalyada ilk məşqinə çıxdı

"Sabah" qış təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyanın Belek bölgəsində ilk məşqini keçirib. Komanda əvvəlcə fitnes zalında yüngül məşq keçib. Daha sonra yaşıl meydançada davam edən hazırlıq prosesində əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinləri yerinə yetirilib.

“Sabah” yanvarın 22-dək toplanışda olacaq və bu müddətdə 4 yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right