"Qarabağ" Qarabağın Azərbaycana məxsus olmasını hamıya xatırladır"

Krım vilayətinin Simferopol şəhərinin "Tavriya" klubunun vitse-prezidenti Oleq Komunyar komandanın inkişaf perspektivlərindən danışıb.

Newsport.az xəbər verir ki, "Qarabağ"dan misal gətirən klub rəsmisi "Tavriya"nın beynəlxalq arenadakı çıxışı ilə Krımın Ukrayna torpağı olduğunu göstərməli olduğunu bildirib:

"Mən həmişə Azərbaycan çempionatında iş olunmuş Ağdamı təmsil edən "Qarabağ"ı misal çəkirəm. Bu, ölkənin "top klub"udur. Paytxatda oynayır və hamıya Qarabağın Azərbacana məxsus olduğunu xatırladır.

"Tavriya"ya qarşı da belə münasibət görmək istərdim: qoy, top klub olmasın, amma ən azından acınacaqlı vəziyyətdə olmazdı, yaşamaq üçün mübarizə aparmazdı.

Klubun yeni sahibi olmalı, futbol klubu, azarkeşlərlə işləməyi bacaran, marketinq sahəsini inkişaf etdirən, komandanı formalaşdıran menecer gəlməlidir. Kluba inkişaf planı lazımdır".

"Tavriya" ev matçlarını məcburiyyətdən Xersonda keçirir. Dünyanın əksər dövlətləri Rusiyanı Krımı işğal etdiyini qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right