"Neftçi" Rauf Əliyevi göndərdi

"Neftçi" hücumçusu Rauf Əliyevlə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar" futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Ötən ilin iyununda "Qəbələ"dən transfer edilən forvardla 2 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right