"Millinin heyətinin yarısı dəyişdirilməlidir"

AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov milli komandamızın baş məşqçi vəzifəsinin boş qalması haqda danışıb.
 
Newsport.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında hazırda əcnəbi mütəxəsisslərlə danışıqlar aparıldığını bildirib: “AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Xaricdə bir neçə mütəxəssislə danışıq aparılır. Məncə, bunu zamanın öhdəsinə buraxaq. Bu qərarı mən verə bilmərəm, İcraiyyə Komitəsi, AFFA prezidenti, futbol ictimaiyyəti var. Şəxsi fikrim belədir ki, bizə təcrübəli məşqçi lazımdır. Həmçinin millinin heyətinin 50 faizinin dəyişdirilməsinin, yeni gənc nəslə üstünlük verilməsinin tərəfdarıyam. Klublarımızda yaxşı futbolçular var.
 
Millinin heyətinin yarısı dəyişdirilməli, futbolla alışıb-yanan, öz üzərində çalışan, futbolu sevən, dedi-qodulara, təzyiqlərə fikir verməyən oyunçular çağırılmalıdır. Hamımız milli komanda üçün çalışmalıyıq, çünki ölkəmizin adını təmsil edir. Şəxsən mənim üçün birinci milli komanda gəlir, sonra "Keşlə".
 
“Keşlə”nin rəhbəri komandanın baş məşqçisi Tərlan Əhmədovun adının milli komanda ilə hallanmasına da münasibət bildirib: “Bir klub rəhbəri kimi, mən də sevinərəm. Hər bir rəhbər üçün təkcə baş məşqçisi yox, futbolçusunun milliyə dəvət edilməsi sevindiricidir. Mətbuatımızın belə məsələləri işıqlandırması tərifəlayiqdir. Bu o deməkdir ki, media da yerli mütəxəssislərin çalışmasını istəyir. Təkcə Tərlan Əhmədovun yox, Ayxan Abbasovun, Samir Abasovun da adı var idi. Onlar gənc məşqçilərimizdir. Hər şeyi zaman göstərəcək. Tərlan müəllimlə bu barədə söhbətim olmayıb. O, hazırda tam olaraq "Keşlə"nin təlim-məşq toplanışı ilə məşğuldur”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right