"Kobud səhvlərə yol verdik" yığmamızın kapitanı

“Niderlandı məğlub etməyə hazır idik. Hazırlığımızı da buna uyğun görmüşdük". Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Kapitan Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin ilk görüşündə Niderlanda 0:3 hesablı məğlubiyyəti şərh edib. O, kobud səhvlərin həlledici rol oynadığını bildirib: "Qələbə qazana bilərdik. Ancaq kobud səhvlərə yol verdik. Bu da məğlubiyyətə səbəb oldu. Qarşıda hələ iki oyunumuz var. Ümid edirəm ki, həmin görüşlərdə qələbə qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti iki oyununda Bolqarıstan və Polşa ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right