Qurban Qurbanov: "Hücumçu transferi gözlənilir

Qurban Qurbamov AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə komandanın hazırlığı barədə fikirlərini bildirib...

- Dünəndən hazırlığa başladıq. Bu gün hamı məşqdə iştirak edəcək. Ayın 12-nə kimi Bakıda olacağıq.

- Riçard Almeydanın ayrılığı böyük əks-səda verdi. Onu komandada saxlamaq niyə mümkün olmadı? İddialara görə, maddi məsələyə görə, onunla anlaşma olmayıb. Blkə, buna nöqtə qoyasınız?
- Dəqiqi elə budur. Maliyyə məsələsində bir az razılaşmadıq. Təklifimizi etmişik. O da qalmağı çox istəyirdi. Düşünmək üçün bir az vaxt istədi. Evdəkilərlə məsləhət etməyi düşündü. Braziliyaya getdi və söhbət belə qaldı.

- Almeydasız “Qarabağ”ın işi çətin olmayacaq?
- Neçə illərdi bizimlədi. Əsas oyunçulardandı. O olmasa, mütləq başqa planlara əl atmalıyıq ki, yoxluğu hiss edilməsin. Almeydanın üstün cəhətləri var idi. Hər-halda, qərarına hörmət edirik. Qarşıdakı günləri gözləyirik.

- Riçard Almeydanın yerinə qışda oyunçu alınacaq, yoxsa növbəti transfer pəncərəsini gözləyirsiniz?
- Düzü, istəyirik ki, bu yaxınlarda işimizi konkretləşdirək. Bir neçə oyunçu ilə danışıq gedir. Türkiyəyə gedənə kimi istəyirik qərar qəbul edək. Görək, necə olacaq.

- “Neftçi”nin kapitanı Emin Mahmudovun “Qarabağ”a keçməsi gözlənilir?
- Bizim onunla danışığımız olmayıb.

- Qapıçı transferi nə yerdədi?
- Hələ bir xəbər yoxdu. Hamı indi bir az rahatdı. Transfer pəncərəsinin bağlanmasına vaxt qalıb. Ona görə oyunçular daha əlverişli variantlara baxır. Buna görə də bəzi oyunçular fikirlərini sonda bizə deyir.

- Asmir Beqoviçlə Maqaye Qeyenin uğursuz transfer olduğunu düşünənlər var. Onların “Qarabağ”a Avropa Liqasında lazım olan köməyi etmədiyini fikirləşirlər. Sizin düşüncəniz necədi?
- Beqoviçi də uğursuz transfer adlandırırıqsa, digər oyunçuların üzərinə bir o qədər getməməliyik. Futbol belə bir oyundu. İstənilən futbolçu səhv edə bilər. Buna görə də transfer etmək asan iş deyil. Asmir Beqoviçdən razı idim. Çox istərdim ki, qrupdan onunla birgə çıxaq. Bəlkə də, buna görə uğursuz transfer adlandı. Məncə, pis transfer deyil. Qeyenin də komandaya az faydası dəymədi. Təbii ki, daha yaxşı olmağını istəyirik.

- Qışda yeni hücumçunun alınması gözlənilir?
- Bəli, gözlənilir.

- Növbəti mövsümdən limitdə dəyişiklik ediləcəyi gözlənilir. Deyilənə görə, yeni limit qaydası 7+4 olacaq. Sizin fikirləriniz necədi?
- Bu barədə düşünməmişəm və eşitməmişəm. Müzakirəyə çıxarılanda fikir bildirərəm.

- Növbəti mövsüm çempionatda 10 komandanın olacağı gözlənilir. Bu kifayət edəcək?
- Ən azından 8 komandalı yarışdan yaxşı olacaq. 1-2 komanda artsa, yaxşı olacaq.

- “Turan Tovuz”la “Kəpəz”in elitaya qayıdacağı gözlənilir. “Zaqatala”nın kənarda qalması sizin üçün təəccüblü olmadı?
- Normal qarşılayıram. Neçə illərdi Premyer Liqada yoxdular.

- Mahir Emrelinin adı bir sıra klublarla hallanır. Bundan əlavə, Musa Qurbanlının da icarəyə veriləcəyi barədə iddialar var. Onların gedişinə icazə verəcəksiniz?
- Hazırda bizdə olan dəqiq məlumata görə, onlara təklif yoxdu.

- “Qarabağ”ın uğurlarına görə, bəzi futbolçular qiymətini qaldırır. Buna münasibətiniz necədi?
- Normal prosesdi. Klubun imkanlarından artıq heç nə olmur.

- Rusiya futbol veteranları MDB ölkələrinin çempionatının keçirilməsi barədə tez-tez fikirlər səsləndirir. Qazaxıstandan “Kayrat”, Azərbaycandan “Qarabağ” kimi komandaların bu yarışa maraq qatacağını deyirlər. Sizin buna münasibətiniz necədir?
- Bu, qeyri-real söhbətdi. Mən istəməzdim ki, kiməsə qulluq edək. Əksinə, mən istəyirəm ki, hamının fikri öz çempionatımızda olsun. Həmin maliyyəni Azərbaycan futboluna, klublarına ayırsaq, yaxşı futbolçular ölkəyə gəlsə, özümüzdə maraq daha çox olar. 7-8 il əvvəl Azərbaycanda səviyyəli legionerlər çıxış edirdi. O çempionat bu gün ola bilər, sabah isə yox. Ona görə də özümüzə güvənək. Kiməsə güvənib, başqasının bayrağı altında oynamaqla adımızı ucaltmayacağıq. Öz çempionatımızın səviyyəsini qaldırmalıyıq. Təkliflər olur ki, Gürcüstan, Rusiya və Türkiyə çempionatında oynayaq. Öz çempionatımızda futbolçularımıza güv versək, daha münasib olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right