"Qarabağ" başladı

Premyer Liqanın lideri “Qarabağ”da istirahət başa çatıb.

Newsport.az-ın məlumatına görə, ağdamlılar klubun bazasında bir araya gələrək, mövsümün ikinci yarısının hazırlığına start verib. Komanda ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right