3 ildən sonra "Qəbələ"yə qayıtdı

2019-20 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini rəsmiləşdirib. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb.

24 yaşlı yarımmüdafiəçi köhnə-yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra bölgə klubuna qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə "Qəbələ"nin əsas komandasında 2 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right