"Proyssen" Hollandiyaya Dadaşovsuz yollanır

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" II dövrənin hazırlığına start verib. Newsport.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, Münster təmsilçisi öz bazasında bir araya gəlib.

Komanda təlim-məşq toplanışı üçün yanvarın 10-da Hollandiyaya yola düşəcək. Ancaq III Bundesliqa təmsilçisi səfərə heç də tam heyətlə yollanmayacaq. Çünki zədə səbəbindən 3 futbolçu Münsterdə qalacaq.

Onlardan biri də məhz Dadaşovdu. 28 yaşlı forvard səhhətində problemlə üzləşib. Dadaşov eyni zamanda bud əzələsindəki problemə görə müalicəsini Almaniyada davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right