Millimizin futbolçusu İspaniyada almanlarla qarşılaşacaq

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubunun İspaniya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblər müəyyənləşib.

Newsport.az xəbər verir ki, Aue təmsilçisinin hər iki rəqibi Almaniya təmsilçiləri olacaq. II Bundesliqa klubu yanvarın 10-da "Maqdeburq", 4 gün sonra isə "Unterhahinq"lə üz-üzə gələcək.

"Erzgebirge" vətənə qayıtdıqdan sonra daha iki yoxlama matçında qüvvəsini sınayacaq. Yanvarın 28-dəki rəqib "Veen" olacaq. Ayın 21-dəki rəqib isə hələ dəqiqləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right