Qurbanov və Bordinin mövqeyində dəyişiklik olub

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda yenə Azərbaycanda fəaliyyət göstərən iki məşqçi yer alır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mövqeyində dəyişiklik olub. Cədvəldəki yeganə azərbaycanlı mütəxəssis reytinqdə geriləyib. Belə ki, aktivinə xal yazdıra bilməyən Qurbanov 1 pillə geriləyərək, 575-ci sıraya enib. Hazırda "Qarabağ"ın çalışdırıcısının aktivində 1054 xal var.

"Neftçi"nin baş məşqçisi Roberto Bordində isə irəliləyiş müşahidə edilib. İtaliyalı mütəxəssis son siyahı ilə müqayisədə 1 addım irəli "atıb". Bordin hazırda 818 xalla 677-ci sırada qərarlaşır.

İlk iki yerdə dəyişiklik olmayıb. "Barselona"nın baş məşqçisi Ernesto Valverde 15917 xalla siyahıya başçılıq edir. Onu "Liverpul"un çalışdırıcısı Yurgen Klopp izləyir. Almaniyalının aktivində 15309 xal var. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo 3-cü pilləni "Mançester Siti"dəki həmkarı Pep Qvardioladan geri alıb. Argentinalı mütəxəssis 12202 xala malikdi.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right