Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi yanvarın 7-dək Bakıda hazırlıq keçəcək. "Qartallar" yanvarın 8-i hazırlığın 2-ci mərhələsi üçün Antalya şəhərinə yola düşəcək.
"Zirə" toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 11-də Türkiyənin "Ümraniyespor", 16-da Rumınyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" komandası ilə qarşılaşacaq.