Azərbaycan kubokunun finalının məkanı müəyyənləşdi

Bu gün İdman TV və Azərbaycan Radiosunda "Extra Time" verilişinin qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.

Newsport.az-ın məlumatına görə, PFL rəsmisi ölkə kubokunun finalının mayın 16-sı "Bank Respublika Arena"da keçiriləcəyini bildirib.

Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AÇ-2020 oyunları və Formula1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right