Adada Bəhlul Mustafazadə savaşı

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "Sabah"dan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi Şotlandiyanın "Seltik" və İngiltərənin "Sanderlend" klublarının maraq dairəsindədir. Böyük Britaniya təmsilçiləri Mustafazadəni qış transfer pəncərəsində almaq istədikləri oyunçuların siyasına daxil ediblər.

"Seltik" qışda bir mərkəz müdafiəçisi almaq fikrindədir. Namizədlər arasında PSJ-nin 19 yaşlı malili futbolçusu Mussa Sissako ilə Bəhlul Mustafazadə var.

"Sanderlend" isə uzun müddətdir Bəhlulu izləyir. "Qara pişiklər" müdafiə xəttindəki problemləri azərbaycanlı futbolçu ilə aradan qaldırmaq istəyir.

"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) mübarizə aparır. Komanda 24 turdan sonra 32 xalla 23 komanda arasında 13-cü sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right