Hannes Halldorsson: "Nurlanın sayəsində hadisə faciə ilə nəticələnmədi"

"Qarabağ"ın sabiq qapıçısı Hannes Haldorsson Bakıda üzləşdiyi xoşagəlməz hadisəni xatırlayıb.

 

Newsport.az-ın məlumatına görə, 35 yaşlı qolkiper şəxsi avtomobili ilə adam vurmasından danışıb:

 

"Bir anda yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən adam sağ qaldı. Buna baxmayaraq, mənim üçün çox çətin idi. Hadisə komandaya düşməyə çalışdığım gərgin dönəmdə baş vermişdi. Çox narahat olmuşdum. Nurlanın (klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu nəzərdə tutur - red.) sayəsində hadisə faciə ilə nəticələnmədi".

 

İslandiya millisinin üzvü 2018/19 mövsümündə "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right