Azərbaycan klubu qol vurdu, sevincindən şeir oxudu

İran çempionatında Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Fulad"ı 1:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, oyuna şərhçinin "Traktor"un qoluna verdiyi reaksiya damğa vurub. Sevinən şərçi qol bu şeirlə qeyd edib:

Dünyada qaranlıqlar gər qol-qola versə
Bir xırdaca şəm işığın söndürə...
Haqq sel kimi dəryayə axıb yol tapacaqdır
Daş atmağınnan kimsə onu çöndərə bilməz!

Təbriz klubu lider kimi başladığı çempionata sonradan zəif nəticələrlə davam etmişdi. Klubun baş məşqçisi Mustafa Dənizlidən 3 gün sonra klub prezidenti Qulam Rıza Sadiqian istefa vermişdi.

O, bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiklərini bildirmişdi. Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər.

“Traktor” hazırda 24 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right