Slavçevin yeni komandası bilindi

“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib.

Newsport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Futbolçu ilə Polşa, Türkiyə və İtaliya klublarının maraqlandığı iddia olunsa da, hazırda ən real variant kimi Sofiyanın “Levski” komandası göstərilir.

Yerli mətbuat Ağdam klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edən və hazırda azad agent olan Slavçevin artıq “Levski”yə keçməkdə problemi qalmadığını və yaxın vaxtlarda tərəflərin müqavilə imzalayacağını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right