Slavçev “Qarabağ”la belə vidalaşdı

“Qarabağ”la yolları ayıran bolqarıstanlı yarımmüdafiəçi Simeon Slavçev Ağdam klubu və azarkeşlərlə vidalaşıb.

Newsport.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb:

“Qarabağ"dakı karyeram başa çatdı. Demək istəyirəm ki, hər zaman peşəkar olmuşam və komandaya ən yaxşısını vermişəm. Amma yollarımız ayrılır.

"Qarabağ"a dəstək olan insanlara uğurlar arzulayıram. Mən burada yaxşı dostlar tapmışam. Burada insanlar haqqında yalnız xoş və gözəl fikirlərim var. "Qarabağ"a təşəkkür edirəm və komandaya gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, Slavçev “Qarabağ”a 2018-ci ilin yayında Portuqaliyanın “Sportinq” klubundan gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right