Qurban Qurbanovun oğlu "Qarabağ"da debüt etdi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" "Keşlə"nin qonağıdı.

Newsport.az xəbər verir ki, matç Ağdam klubunun heyətində debütlə əlamətdar olub. Uzun müddətdi əvəzedicilər komandasında çıxış edən Azərbaycan U-21 millisinin üzvü Musa Qurbanlı ilk dəfə əsas komandanın heyətində meydana çıxıb. Qurban Qurbanov ikinci hissənin əvvəlində oğlunu meydana buraxıb.

Görüşdə hesab 2:0 "Qarabağ"ın xeyrinədi. Komandalar arasında ilk görüşdə "atlılar" minimal hesabla qalib gəlib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right