Roberto Bordin: "Bir az bəxtsizlik var idi"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la cavab oyunundan (0:0) sonra fikirlərini bildirib.

Newsport.az saytının məlumatına görə, mübarizəni dayandıran "ağ-qaralar"ın italiyalı çalışdırıcısı bunları deyib:

"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alınırdı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Sonlandırma çatışmırdı, bir az bəxtsizlik var idi. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. Üzgünük".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right