Abdolbari Goozal “Qarabağ”ın bazasında Fotolar

"Qarabağ"ın prezidenti Abdolbari Goozal bu gün komandanı ziyarət edib. Newsport.az xəbər verir ki, ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub və növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib.

Daha sonra komandayla görüşən Abdolbari Goozal "Qarabağ"ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb. Goozal bəy futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün baş tutacaq "Keşlə"ylə oyunda uğurlar arzulayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right