Azərbaycan kubokunda 300 quru dəqiqə

“Zirə” Azərbaycan kubokunda ardıcıl 3-cü quru oyununu keçirib. Newsport.az xəbər verir ki, komanda 2019/20 mövsümündə qol buraxmayıb.

1/8 finalda “Qaradağ-Lökbatan”a 4:0 hesabı ilə qalib gələn “qartallar” 1/4 finalda “Səbail”lə səfərdə qolsuz heç-heçə edib, evdə əlavə vaxtdakı qolla qələbə qazanıb – 1:0. Hər üç matçı əvəzolunmadan keçirən Orxan Sadıqlı kubokdakı 300 dəqiqədə qapısını toxunulmaz saxlayıb.

Kubokda ardıcıl 3 quru oyun keçirən “Zirə” bu göstəricidə klub tarixinin rekorduna imza atıb. Bunadək komanda heç vaxt ardıcıl üç görüşdə qapısını toxunulmaz saxlamayıb.

Qeyd edək ki, “Zirə”nin kubokdakı məğlubiyyətsizlik seriyası da klub rekordudu. Ardıcıl iki mövsümdü uduzmayan komanda sonuncu dəfə 2017/18 mövsümündə məğlub olub. “Qartallar” ötən turnirdə “Səbail” (1:0, 3:2), “Sumqayıt” (0:0, 3:3), cari turnirdə “Qaradağ-Lökbatan” (4:0) və “Səbail”lə (0:0, 1:0) oyunlarda uduzmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right