Ruslar Şeydayevi "fərqləndirdi": Söhbət cəfəngiyyatdan gedir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən Rusiya mətbuatının gündəminə düşüb. Newsport.az saytının məlumatına görə, "Dinamo"nun forvardı Premyer Liqada yayın ən uğursuz transferləri sırasına düşüb.

Cempionat.com yayda böyük ümidlərlə heyətə cəlb edilən, lakin ümidləri doğrultmayan 10 oyunçunu seçib. Onlar arasında "Krılya Sovetov"dan azad agent kimi "Dinamo"ya üz tutan Ramil də var.

Həmkarlarımız onun seçimini belə əsaslandırıblar: "Dinamo" Şeydayevi heyətinə havayı qatdı. Lakin burda söhbət puldan yox, vaxt itkisindən və cəfəngiyyatdan gedir. Yay aylarında komanda təcili olaraq güclü bir hücumçuya ehtiyac duyurdu. Rəhbərlik əvvəllər özünü yüksək səviyyədə göstərməmiş xam oyunçu aldı. Premyer Liqanın ilk 6 turunda oynadıqdan sonra Şeydayev ehtiyata düşdü. İqbunun gəlişindən sonra Azərbaycan millisinin üzvünün ehtiyatdakı yeri möhkəmləndi. Onun yazda komandada olub-olmayacağı bilinmir. "Dinamo" elitada qalmağa çalışır və hər mövqedə müfaviq ifaçılara ehtiyacı var".

Ramil Şeydayevlə yanaşı, Andre Şürrle, Reziuan Mirzov, Qus Til (hamısı "Spartak"), Kayo, Yunes Namli (hər ikisi "Krasnodar"), Lukas Santos, Sedrik Qoqua (hər ikisi MOİK), Klinton Njie ("Dinamo") və Aleksey Sutormin ("Zenit") də uğursuz transfer sırasında göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right