Dilənçilər "Zirə"nin futbolçusunu qarət etdi: "Qarşımda diz çöküb pul istədilər"

“Zirə”nin futbolçusu Mfo Kqasvaneni Bakının Səbail rayonunda dilənçilər qarət edib. Onun cibindən 500 dollar və 15 manat pul oğurlanıb.

Newsport.az saytının məlumatına görə, "qafqazinfo"ya açıqlama verən botsvanalı futbolçu hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”.

Faktla bağlı 9-cu Polis Bölməsi araşdırmalara başlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right