“Məşqçilər valideynlərin “əlinə baxır”” Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “CBC Sport”da “Tok-Şou” verilişində qonaq olub. Newsport.az xəbər verir ki, Əhmədov verilişdə Azərbaycanda uşaq futbolunun vəziyyətindən danışıb. 
 
Təcrübəli mütəxəssis bildirib ki, aşağı yaş qruplarında problemlərin olması məşqçilərin yetərincə yaxşı olmaması, normal maaş almaması ilə bağlıdır: “Aşağı yaş qruplarında problemlər böyükdür. Ən əsası məşqçilər valideynlərin “əlinə baxır”. Varlı və kasıb deyə uşaqlar arasında ayrıseçkilik edirlər. Çünki varlılar onlara maddi dəstək verir. Amma həmişə istedadlı uşaqlar kasıbların övladları olur”. 
 
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right