Baukun yazdığı iki tarix birdən

"Qəbələ"nin legioneri Klesio Bauk tarixə düşüb. Newsport.az xəbər verir ki, 25 yaşlı mozambikli yarımmüdafiəçi bu mövsümdən çıxış etdiyi komandada qol hesabını açmaqla, öz ölkəsinin buna nail olan ilk təsmilçisi kimi adını tarixə yazdırıb.

Klesio bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"a evdə 3:0 hesabıyla qalib gəldikləri matçda dublla reallaşdırıb. O, Qəbələdəki matçın 19 və 43-cü dəqiqələrində rəqib qapısına yol tapa bilib.

Premyer Liqamızda hələ ki qol hesabını açan bilməyən 25 yaşlı vinger Azərbaycan futbolunun da tarixinə düşüb. Axı, o, ölkəsinin ölkəmizdə ilk təmsilçisidi. Deməli, Bauk Azərbaycanda da ilk fərqlənən ilk mozambikli olub. 

"Qəbələ"nin 14 illik tarixində qol vuran futbolçular Azərbaycan da daxil olmaqla 35 ölkəni təmsil edir. Həmin 34 xarici ölkədən ilk Rusiya olub. Bu, Vitali Balamestnıyla komandanın Premyer Liqada debüt mövsümü olan 2006/07-də "Gilan" adlandığı vaxtda reallaşıb. 2007-ci ilin aprelin 7-də keçirilən "Simurq"a Zaqatalda 1:3 hesabıyla uduzduqları matçda rusiyalı hücumçu 28-ci dəqiqədə hesabı açmaqla "qırmızı-qaralar"da qol vuran ilk legioner olub. Yeri gəlmişkən, Vitali "Qəbələ"də 100-cü qol vuran futbolçu kimi da tarixə düşüb. İll qol isə avtoqol olub. Bu, komanda Xanlar "Göy-Göl"u kimi I dəstədə çıxış edəndə 2005-ci il snetyabrın 21-də "Şərur"a 8:0 hesabıyla qalib gələndə, İlqar İbrahimovun topu öz qapısına göndərməklə olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right