Zaur Həşimov: "Premyer Liqada belə stress olmur"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis qolsuz heç-heçəni şərh edib:

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq. Görüş kifayət qədər stressli oldu. Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right