Aftandil Hacıyev: "Komandadan gedəcək futbolçular məlumdur"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

"Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda 3-cü və 4-cü dövrə var. Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi. Komandalar ehtiyatlı idi və qol buraxmaq istəmirdi. Futbolçular ara-sıra yaxşı hücum təşkil etdilər. Amma bu, kifayət etmədi. Hücumlar etdik, 90 dəqiqə ərzində fürsətlərdən yararlanmağa çalışdıq".

Hacıyev qış fasiləsində hansı futbolçularla yolların ayrılacağını müəyyən etdiyini vurğulayıb: "Son matçı gözləmək məsləhətdir. Hər kəsdən istifadə edə bilərik. Son oyunda gedən oyunçularla danışacağıq".

Gənc mütəxəssis moldovalı futbolçu Yevgeni Koçukun durumu barədə danışıb: "Onun xroniki zədəsi var, əməliyyat olunmalıdır. Çoxdandır ki, oyunlarla əlaqədar vaxt tapa bilmirdi. Bizdən xahiş etdi ki, şərait yaradaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right